Mədəniyyət klubunun qadın əməkdaşı öldürüldü - İş yerində

5-04-2016, 13:56           
Mədəniyyət klubunun qadın əməkdaşı öldürüldü - İş yerində
Dünən Beyləqan rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 4-də rayonun İmamverdilər kəndində baş verib.

Kəndin Mədəniyyət Klubuna gələn kənd sakini Həsənalı Quliyev orada işləyən həmkəndlisi Validə Tağıyevaya münaqişə zəminində bıçaqla xəsarət yetirib. V.Tağıyeva hadisə yerində ölüb.

H.Quliyev könüllü olaraq Beyləqan RPŞ-yə gəlib təslim olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.