Azərbaycan 6 gəmi alır

5-04-2016, 21:23           

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müasir, beynəlxalq standartlara cavab verən və çevik bir şirkətə çevrilməsi üçün qarşıya qoyulan vəzifələr donanmanın yeniləşdirilməsi prosesini, eləcə də Qara dəniz-Aralıq dənizi hövzəsində istismar edilən gəmilərin sayının artırılmasını qaçılmaz edir.


teref.az bildirir ki, bu barədə "Xəzər Dəniz Gəmçiliyi" QSC-dən report-a daxil olan məlumatda deyilib.

Beynəlxalq sularda işləmək üçün 6 ədəd quru yük gəmisinin alınması barədə qərar qəbul edilib. Onlardan 3-nün aprelin 11-də, digər 3 gəminin isə ayın sonuna qədər Gəmiçiliyə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, 5 500 ton dedveytə malik bu gəmilər Rusiyada inşa edilib, 2014-cü ildə alınan və indi Qara dənizdə istismar olunan "Natəvan" və "Üzeyir Hacıbəyli" gəmiləri ilə eyni layihədəndir. Hazırda yeni alınan gəmilərin heyətləri formalaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru