Məşhur şirkətin əməkdaşı qəza törətdi — Özü, arvadı və oğlu yaralandı

6-04-2016, 10:22           

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

teref.az "Report"a istinadən xəbər verir ki, H.Əliyev prospekti 109-un qarşısında Bakı şəhər sakini 52 yaşlı İbrahim Qədimov sürdüyü "Chevrolet" markalı avtomobilin idarəetməsini itirərək maşını işıq dirəyinə vurub.

Hadisə nəticəsində İ.Qədimov özü, arvadı - 47 yaşlı Aidə Zeynalova və oğlu - 12 yaşlı İsmayıl müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan "Chevrolet" markalı avtomobil "Performance Center" şirkətinə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru