Daşkəsəndə ayılar kəndə hücum etdi

6-04-2016, 10:24           
Daşkəsəndə ayılar kəndə hücum etdi
Daşkəsəndə atəş səslərindən hürkən ayılar kəndə hücum ediblər.

teref.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Daşkəsən rayonunun Çıraqlı kəndinə ayılar hücum edib. Vəhşi heyvanlar əkin sahəsində işləyən bir nəfər kənd sakininə xəsarət yetirib. Yaralı, Çıraqlı kənd sakini 32 yaşlı Elbrus Bayramov Gəncə Şəhər TTYX-a gətirilib. Vəziyyətin orta-ağır qiymətləndirilir. Kənd sakinləri bildirir ki, vəhşi heyvanlar son günlər cəbhədə baş verən atışma səslərindən hürkərək meşədən kəndin içərisinə doğru gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru