Ermənistan ordusu geri çəkilib yeni səngərlər qazır (FOTO)

6-04-2016, 12:07           

Ermənistan ordusu cəbhədə gedən 4 günlük hərbi əməliyyatlar zamanı xeyli böyük itkilər verib.

BAKu.WS-in məlumatına görə, Ermənistan KİV-i etiraf edir ki, hərbi əməliyyatlar zamanı azı 30 erməni əsgər ölüb, 100-dən çox əsgər yaralanıb. 29 erməni əsgər itkin düşüb. Maraqlısı ondadır ki, Ermənistan Müdafiə Nazirliyinə istinadla yayılan məlumat daha sonra erməni saytlardan çıxarılıb.

İtkilərini etiraf etməyən düşmən əsgər ölümlərini mərhələli şəkildə açıqlayır. Ermənistan KİV-i əsgərlərin geri çəkilərək yeni səngərlər qazdığını yazır. Hətta bu barədə şəkillər də yayılmaqdadır. Azərbaycan Ordusunun cəbhədə yeni mövqelər azad etməsindən sonra ermənilər hərbi üstünlüyü əldən veriblər.

Cəbhədə ordumuzun uğurlu əməliyyatı erməni əsgərini ciddi olaraq panikaya salıb. Bu 4 günlük gərginlik erməni əsgərinin zəifliyini, Azərbaycan Ordusunun isə gücünü göstərdi.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru