Ermənilər Tərtərdə çəkiliş aparan xarici jurnalistləri atəşə tutdu

6-04-2016, 12:12           

Bu gün səhər Tərtərin Qapanlı kəndində çəkiliş edən bir qrup jurnalist ermənilər tərəfindən atəşə tutulub.

BAKU.WS xəbər verir ki, AZƏRTAC-ın Tərtərə ezam olunmuş əməkdaşları xəbər verir ki, Ermənistan hərbi birləşmələri Qapanlı yaşayış məntəqəsində çəkiliş aparan jurnalistlərin avtomobilini bilərəkdən top atəşinə tutub.

Qapanlı kəndi erməni mövqeləri tərəfindən mütəmadi izlənir və hər hansı hərəkət olduqda dərhal hədəfə alınır. Jurnalistlərin kənddə çəkiliş etdiyini görən erməni hərbçilər əraziyə atəş açmağa başladıqdan sonra media nümayəndələri kəndi tərk etməyə məcbur olub. Kənddən çıxarkən jurnalistlərin olduğu iki maşından biri açıq ərazidə hədəfə alınıb, xoşbəxtlikdən mərmi kənarda yerə düşüb.

Avtomobildə AZƏRTAC-ın və Associated Press-in əməkdaşları olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru