Şirin Cəfərli bu gün son çıxışını edəcək

7-04-2016, 00:47           
Şirin Cəfərli bu gün son çıxışını edəcək
Baş redaktor ona qarşı qaldırılmış cinayət işinin saxta olduğunu bildirir

«Gündəm Xəbər» qəzetinin baş redaktoru Şirin Cəfərliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi bu gün saat 10:00-da Yasamal rayon Məhkəməsində davam etdiriləcək. Bu barədə teref.az-ya-a baş redaktorun özü məlumat verib.

O bildirib ki, bu onun sonuncu məhkəməsidir və bu səbəbdən də son çıxışını edəcək. «Çıxışım geniş tərkibdə olacaq. Mənə qarşı qaldırılmış cinayət işi qondarmadır, saxtadır. Çıxışımda istintaqın saxta ittihamlar üzərində qurulduğunu isbat edəcəm».

Xatırladaq ki, Şirin Cəfərliyə qarşı Cinayət Məcəlləsinin 213.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, külli miqdarda vergidən yayınmada ittiham edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru