100 MƏHKUM PREZİDENTƏ MÜRACİƏT ETDİ– “CƏBHƏNİN ƏN QAYNAR NÖQTƏSİNDƏ DÖYÜŞMƏYƏ HAZIRIQ…” – İMZALAR

7-04-2016, 02:11           
100 MƏHKUM PREZİDENTƏ MÜRACİƏT ETDİ– “CƏBHƏNİN ƏN QAYNAR NÖQTƏSİNDƏ DÖYÜŞMƏYƏ HAZIRIQ…” – İMZALAR
Penitensiar Xidmətin ciddi rejimli 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 100 nəfər məhkum Azinforum.az İnformasiya Portalına göndərdikləri müraciətdə Ali Baş Komandan İlham Əliyev cənablarından yerdə qalan cəzalarını sonradan çəkmək şərtilə cəbhənin ən qaynar nöqtəsində döyüşə getməyə hazır olduqlarını bildiriblər. Məktubda qeyd edilir ki, məhkumlar Ordumuzun cəbhədə qazandığı son uğurlardan məmnun olublar. Həmçinin xatırladılır ki, məktuba imza atan 100 məkumun hər biri ordu sıralarında qulluq keçmiş, döyüşə yararlı vətəndaşlardı. Onların arasında peşəkar zabitlərin də olduğu bildirilir.
Azinforum.az həmin müraciətin fotolarını təqdim edir.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru