Neftin və dolların bu günə qiyməti

7-04-2016, 10:00           
Neftin və dolların bu günə qiyməti
Həftənin əvvəlində müşahidə olunan ucuzlaşmadan sonra dünya birjalarında neftin qiyməti nisbətən bahalaşmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, bu bahalaşmadan sonra dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 40.12 dollar təşkil edib.

“WTI” markalı neftin qiymətində də artım qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 38.15 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelini isə 0,31 dollar ucuzlaşaraq 38,55 dollar təşkil edib.

Əlvan metalların qiymətində cüzi azalma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,43 dollar olub. Platinin 1 qramı 30,52 dollar, palladiumun 1 qramı isə 17,50 dollar olub. Gümüşün qiyməti 1 qram üçün 0,48 dollar müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 07.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi stabil qalaraq 1,5193 səviyyəsində müəyyən olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru