Bakıda qardaş əvvəlcə bacısını öldürdü, sonra özünə xəsarət yetirdi

7-04-2016, 11:59           
Bakıda qardaş əvvəlcə bacısını öldürdü, sonra özünə xəsarət yetirdi
Bakının Xəzər rayonunda qardaş bacısını ödürüb, daha sonra özünə xəsarət yetirib.

Bu barədə "Report"a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, rayonun Şüvəlan qəsəbə sakini Ceyhun Qulamovla bir evdə yaşadığı bacısı Arifə arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Qulamov bacısının baş nahiyəsindən küt alətlə vuraraq onu qətlə yetirib. Hadisədən sonra C.Qulamov hər iki biləyini kəsərək özünə xəsarət yetirib. 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən C.Qulamov polis nəzarətindədir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru