Azərbaycandan Rusiyaya ixrac olunan 20 ton quru süd geri qaytarılıb 8-04-2016, 12:28 Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi Azərbaycana bu ölkəyə ixrac olunan 20 ton quru südü geri qaytarıb."APA-Economics" xəbər verir ki, buna səbəb istehsalçı şirkətin Rusiyaya ixrac hüququnun olmamasıdır.Qadağan olunmuş məhsul Dağıstan ərazisində saxlanılıb.Federal Agentlik xatırladır ki, Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrin ərazisinə yalnız 4 Azərbaycan şirkəti məhsul ixrac edə bilər. Facebook-da paylaş