Ermənilər cəbhədən götürdükləri meyitlərin bir hissəsini açıqladı

9-04-2016, 19:14           
Ermənilər cəbhədən götürdükləri meyitlərin bir hissəsini açıqladı
Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı qarşıdurma zamanı döyüş meydanında qalan hərbçilərin meyitlərinin götürülməsi prosesi başa çatıb.

teref.az-nun APA TV-yə istinadən məlumatına görə, düşmən tərəf həmin ərazilərdən 5 hərbçisinin meyitini çıxardığını açıqlayıb.

Erməni mətbuatı onlardan ikisinin - 1996-cı il təvəllüdlü kiçik serjant Robert Abacyan, digəri 1996-cı il təvəllüdlü əsgər Andranik Zöhrabyan olduğunu təsdiqləyib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan isə öz "Facebook" səhifəsində daha üç hərbçinin meyitinin götürüldüyünü bildirib və onların fotolarını paylaşıb. Bunlar 1991-ci il təvəllüdlü leytenant Qraç Qalstyan, 1996-cı ildə doğulmuş əsgər Gevork Vardanyan və 1996-cı ildə anadan olan Tiqran Abqaryandır. Onların hər üçü Ermənistanın Gümrü şəhərindəndir.

Erməni mətbuatında döyüş meydanından meyitlərin götürülməsi prosesi zamanı Azərbaycan tərəfinin atəşkəsə əməl etdiyi təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru