Gül bayramı ləğv olundu?
9-04-2016, 22:15
Hər il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən və mayın 10-da keçirilən Gül bayramı ilə bağlı Mərkəzi Bankın qarşısındakı parkda aparılan hazırlıq dayandırılıb.
Turkustan.info əməkdaşı ərazidən xəbər verir ki, bayramın təşkil olunduğu parkda quraşdırılmış qurğular yük maşınları ilə ərazidən daşınır. Artıq iş tam yekunlaşmaq üzrədir. Ərazidə çalışan fəhlələrdən biri Turkustan.info-nun əməkdaşına bildirib ki, builki “Gül bayramı” hazırlıqları Bakı İcra Hakimiyyətinin qərarı ilə təxirə salınıb: “Eşitdiyimə görə, cənab Prezidentin göstərişi ilə Bakı İcra Hakimiyyəti tərəfindən bu ilki bayram təxirə salınıb. Gələn il olacaq. Yəqin ki, şəhidlərimizlə bağlı verilmiş qərardır”.
Gec olduğu üçün bayram tədbirinin təxirə salınıb-salınmaması ilə bağlı əlaqədar qurumlardan münasibət öyrənə bilmədik. Mövzunu diqqətdə saxlayacağıq.
teref.az