Azərbaycan ermənilərə 18 meyit verdi

10-04-2016, 23:52           

Azərbaycan bazar günü Ermənistan tərəfinə 18 hərbçinin meyitini verib.

Axar.az xəbər verir ki, bu barədə Qarabağ separatçılarının sözçüsü David Babayan “İnterfaks” agentliyinə açıqlamasında deyib.

Qeyd edək ki, bundan öncə 2-5 aprel tarixlərində cəbhədə baş verən hərbi əməliyyatlar zaman döyüş meydanında meyitləri qalan hərbçilərin nəşinin dəyişdirilməsi barədə razılıq əldə olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatınaa görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Bu gün meyitlərin dəyişilməsi prosesində ermənilər yenidən atəşkəsi pozublar.

Dövlət Komissiyası bu barədə ətraflı məlumat yayacağını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru