VTB həlak olmuş erməni hərbçilərin ailələrinin kredit borcunu silməyi planlaşdırmır

11-04-2016, 20:05           
VTB həlak olmuş erməni hərbçilərin ailələrinin kredit borcunu silməyi planlaşdırmır
teref.az-nun poçtuna Bank VTB-nin mətbuat xidmətindən təkzib daxil olub. Onu sizə təqdim edirik:
"Bank VTB" aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməyi planlaşdırmır. Bunu teref.az- ya bankın mətbuat xidmətindən deyiblər.
VTB-nin baş ofisindən bildiriblər ki, belə qərar (erməni hərbçilərin ailələrinin kredit borcunun silinməsi barədə) qəbul edilməyib və planlaşdırılmır.
Xatırladaq ki, Ermənistan və Rusiyanın bəzi KİV-ləri Bank VTB-yə (Ermənistan) istinad edərək bankın aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv edəcəyi barədə məlumat yaymışdılar.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru