Rusiya Silahlı Qüvvələri:"Hələbə hücum etməyəcəyik!"

12-04-2016, 10:28           

“Rusiya Suriyanın Hələb şəhərinə hər hansı hərbi əməliyyat planlaşdırmır”

Strateq.az xəbər verir ki, bunu Rusiya ordusunun Baş Qərargahı yanında Baş Əməliyyat Dairəsinin rəisi Sergey Rudskoy deyib. O, Moskvada təşkil edilən mətbuat konfransında verdiyi açıqlamada atəşkəs razılaşmasına sadiq qalacaqlarını və bu razılığın şərtlərinə əməl edən qruplara qarşı hava hücumu həyata keçirməyəcəklərini vurğulayıb.

Daha əvvəl rus mətbuatında Dəməşqi ziyarət edən rus millət vəkillərinə istinadən verilən xəbərlərdə Suriyanın baş naziri Vail Nadir Xəlqinin rus ordusu və rejim güclərinin Hələbə qarşı əməliyyat planlaşdırdıqlarını söylədiyi iddia edilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.