Qulam Ələkbərov “Azəravtoyol”u necə ələ keçirdi? - ŞOK FAKT

12-04-2016, 14:18           
Qulam Ələkbərov “Azəravtoyol”u necə ələ keçirdi? - ŞOK FAKT
Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı kimi tanınan və ölkədə əlində böyük məmur şəbəkəsi olan Qulam Ələkbərovla bağlı hər gün yeni məlumatlar ortaya çıxır.

Kriminal aləmlə ciddi əlaqələri olan Ələkbərov artıq nazirliyin bütün sahələrində əsas söz adamına çevrilib. Belə ki, o, Ziya Məmmədovun kurasiyası”nda olan rayonlardakı başçıları himayəsinə almaqla kifayətlənməyib, həmçinin bir sıra qurumlarda da öz adamlarını yerləşdirmək və onlara əlavə saəlhiyyətlər verməyə başlayıb.

Aztoday.az-a daxil olan məlumata görə, Qulam Ələkbərov Nəqliyyat Nazirliyi ilə yanaşı, “Azəravtoyol” (Azəryolservis) ASC-yə də öz adamlarını yerləşdirib və hal-hazırda da bu proses davam edir. Amma onun bu addımları Cavid Qurbanovla onun arasında ciddi münaqişəyə səbəb olub. Ziya Məmmədova və xaricdəki əlaqələrinə arxayın olan Ələkbərov Qurbanova meydan oxumağa başlayıb.

Mənbə bildirir ki, Qulam Əlkəbərovun “Azəravtoyol”də 20-dən çox yaxın adamı çalışır. Amma Əlkəbərov bununla kifayətlənmək istəmir, bütün qurumu əl keçirməyə can atır. Mənbə bununla bağlı daha sensasion iddiar səsləndirib. Bütün bunlarla bağlı araşdırmalarımız davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.