Suriyalı müxaliflərin əlində ən azı 85 zenit raketi mövcuddur.
Bu barədə “Sputnik” agentliyi məlumat yayıb.
Digər məlumatda isə Qətərin suriyalı müxaliflərə Çin istehsalı olan FN-6 tipli raketlər verdiyi iddia edilib.
Qeyd edək ki, bir müddət əvvəl Əsəd rejiminə aid SU-22 təyyarəsinin Əhrar əş-Şam qruplaşması tərəfindən vurulması müxaliflərdə zenit raketinin olması ilə bağlı fikirləri gündəmə gətirmişdi.