Binəqədidə Qarabağ qazisinin torpağını əlindən alırlar - müraciət
8-04-2015, 11:02
“Mənim sağlamlığım əlimdən gedib. Vətəndən ötrü bu gündə canımdan keçməyə hazıram. Amma bu torpağda mənə yaşamağa imkan verilmir”. JAM.AZ xəbər verir ki, bunu 2-ci qurup Qarabağ əlili Seyfullayev Tehran Qaraxan oğlu Dosye.org-a bildirib və məmur hegamonluğundan təngə gəldiyini deyib.
Qarabağ qazisinin belə bir açıqlaması olduqca ciddi problemlərdən xəbər verir. Teyran Seyfullayevin dediyinə görə 2003-cü ildə Binəqədi ərazisində aldığı torpağ sahəsinin üzərində 1 otalı ev tikdirib. Lakin bəzi dələduzlar Qarabağ qazisinin torpağını bir necə vətəndaşa satmaq eşqinə düşüb. Beləliklə torpağın naməlum sahibi Qarabağ qazisi Teyran Seyfullayevi məhkəməyə verir. Məhkəmənin qətnaməsindən məlum olur ki, mübahisəli torpağ birbaşa Teyran Seyfullayevə məxsüsdur. Bütün bunlara baxmayaraq Qarabağ qazisi yenidən məhkəməyə verilir. Teyran Seyfullayevin dediklərindən: "Daha bezmişəm. Bu nə yaşamaqdır. Bir qarış torpağıda mənə çox bilirlər. Halal zəhmətimlə torpağı almışam. Dəfələrlə polis idarəsindən gəlib araşdırma aparılıb. Hətda məhkəmə qətnaməsidə mənim lehimə çıxarılıb. Mən başa düşmürəm, bunlar məndən nə istəyir. Ailədə 4 nəfərik. Burdan Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan köməklik etməsini xahiş edirəm. 2-ci qurup Qarabağ əliliyəm. Sağlamlığım əlimdən gedib. İmkan versinlər vətənimizdə normal yaşayım".
Dosye.org olaraq bildiririk ki, Qarabağ əlili Seyfullayev Tehran Qaraxan oğlunun şikayəti araşdırılacaq. Bizim araşdırmalarımız davam edir.