Erməni əsgər yoldaşlarını güllələdi: - Ölənlər var

15-04-2016, 13:56           
Erməni əsgər yoldaşlarını güllələdi: - Ölənlər var
Ermənistan ordusunun hərbçisi öz əsgər yoldaşlarını qətlə yetirdiyi üçün həbs edilib.

AzVision.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 6-da Ermənistanın hərbi hissələrindən birində baş verib. Belə ki, Qriqori Avetisyan və Suren Aramyan adlı hərbçilərin meyitləri artilleriya mövqeyində aşkar edilib.

İstintaq idarəsinin yaydığı ilkin məlumatlara görə, hərbçi onu təhqir edən Avetisyan və Aramyanı güllələyərək, öldürüb.

İstintaq Komitəsi hələlik hərbçinin adının açıqlamayıb. Bununla belə, ona qarşı cinayət işinin açıldığı barədə məlumat yayılıb.
teref.az olaraq biz hesab edirik ki, bu ermənilərin 2-5 əməliyyatı zamanı ölən erməni əskərlərininleqallaşdırılması yolunda atılan addımlardır!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru