Azərbaycan neft hasilatını azaltdı

15-04-2016, 16:32           
Azərbaycan neft hasilatını azaltdı
Bu ilin yanvar-mart aylarında Azərbaycanda qaz kondensatı daxil olmaqla 10 520,2 min ton xam neft hasil olunub. "

Virtualaz.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövründəkindən 1,5% az olub.

Hesabat dövründə əmtəəlik neft hasilatı 10 506,2 min ton təşkil edib.

Aprelin 1-i vəziyyətinə ölkədə 315 min ton hazır məhsul ehtiyatı olub.

Bu ilin I rübündə 7 556,8 mln. kubmetr təbii qaz hasil olunub ki, bunun da 4 838,9 mln. kubmetrini əmtəəlik qaz təşkil edib. Hesabat dövründə qaz hasilatı ötən ilin müvafiq dövründən 2% çox, əmtəəlik qaz hasilatı isə 7,9% az olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru