Balıq satıcısı yeni “ovu” ilə hər kəsi təccübləndirdi - FOTO

17-06-2022, 10:54           
Balıq satıcısı yeni “ovu” ilə hər kəsi təccübləndirdi - FOTO
Şotlandiyada balıq satıcısı Mikel Kempbell uzunluğu 213 santimetr olan tunes balığı alıb. Çəkisi 150 kiloqram olan nəhəng balıq Barselona yaxınlığında tutulub.

O, bununla bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib.

Kembellin sözlərinə görə, Barselonada balıq barədə məlumat alandan onun Britaniyaya çatdırılmasına qədər yata bilməyib. O, balığı dörd nəfərin daşıdığını, doğramağın isə iki saat vaxt aldığını deyib.

Qeyd edək ki, 51 yaşlı Kembpell həm də Edinburqdakı Merienda balıq restoranları şəbəkəsinin sahibidir.

Balıq satıcısı nadir hesab olunan tunesin qida kimi istifadəsinin əleyhinə olduğunu, lakin sözügedən ovun vəhşi təbiətdə deyil, xüsusi balıq vətəgəsində yetişdirildiyini vurğulayıb.



Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru