Rusiyalı gənclər “Z” simvolikalı postamenti sındırdılar - VİDEO
17-06-2022, 19:05
Rusiyanın Çuvaşıstan Muxtar Respublikasının paytaxtı Çeboksarının mərkəzində quraşdırılmış “Z” simvolikalı postament iki gənc sakin tərəfindən sındırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Hadisəni törədən hər iki gəncin saxlanıldığı bildirilir.
Aidiyyəti qurumlar postamentin artıq bərpa olunduğunu bildiriblər.