“Kriminal patriarx” adlanan Boris Komin (Borya Uşatıy) Amerikada dünyasını dəyişib. O, 96 yaşında dünyaya gözlərini əbədi yumub. 1927-ci ildə Stalino şəhərində (indiki Donesk) doğulan Boris milliyyətcə yəhudi olub. 70-ci illərdə Amerikaya köçüb və ömrünün axırına qədər orada yaşayıb.