Şabranda qazi qətlə yetirildi - FOTO

19-06-2022, 11:30           
Şabranda qazi qətlə yetirildi - FOTO
İyunun 15-də Şabranda qətlə yetirilən Orxan Əliyevin Vətən müharibəsi qazisi olduğu müəyyənləşib.

Teref.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilən 1997-ci il təvəllüdlü Orxan Əliyev nişanlı olub.

Mərhum Vətən müharibəsində iştirakına görə, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, hadisəni törədən Teymur Cəfərzadə şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru