Bakıda ana və altı yaşlı uşağını avtomobil vuraraq KOMAYA SALDI

8-07-2022, 09:44           
Bakıda ana və altı yaşlı uşağını avtomobil vuraraq KOMAYA SALDI
Bakıda ana və azyaşlı övladını avtomobil vuraraq ağır xəsarət yetirib.


“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yolu keçən 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun altı yaşlı övladı Əhmədov Murad Abbas oğlunu avtomobil vurub.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q.Əhmədovaya sağ ayağın sınığı və bədənin müştərək travması, M.Əhmədova isə qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və komatik vəziyyət diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru