Almaniya Ukraynaya 200 ədəd zirehli transportyoru vermədi

8-07-2022, 09:01           
Almaniya Ukraynaya 200 ədəd zirehli transportyoru vermədi
Almaniyanın Xristian-demokrat İttifaqı və Xristian-sosialist İttifaqı fraksiyalarının Ukraynaya təcili şəkildə 200 ədəd “Fuchs” zirehli transportyorları vermək təklifi parlamentdə qəbul edilməyib.

Lent.az-ın “The Telegraph” nəşrinə istinadla məlumatına görə, Bundestaq üzvlərinin əksəriyyəti layihəyə qarşı çıxıb. Bir neçə saat əvvəl başa çatmış müzakirələrdə müdafiə naziri Kristine Lambrext də təklifi pisləyib.

“Biz öz məsuliyyətimiz çərçivəsində Ukraynanı dəstəkləyirik. Lakin biz Almaniyanın da müdafiə qabilityyətini təmin etməliyik” – deyə nazir qeyd edib.

Apreldə isə nazir “Gepard” zenit qurğularının Ukraynaya göndərilməsinə razılıq vermişdi. 15 zenit qurğusu və 60 000 ədəd mərmi yaxın həftələrdə Ukraynaya çatdırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru