Bakıda ərini bıçaqlayan qadın məhkəmə qarşısında

9-07-2022, 00:19           
Bakıda ərini bıçaqlayan qadın məhkəmə qarşısında
Bakıda ərini bıçaqlamaqda təqsirləndirilən Şəfiqə Babaşovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasımın vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Hadisə bu ilin fevral ayında paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 45 yaşlı Şəfiqə Babaşova aralarında yaranmış münaqişə zəminində əri, 48 yaşlı Gəncalı Babaşovu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan kişi xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Ş.Babaşova saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürlüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru