Filippində mer bütün məmurlara gülümsəməyi əmr etdi

13-07-2022, 09:44           
Filippində mer bütün məmurlara gülümsəməyi əmr etdi
Filippinin Mulanay şəhərinin meri Aristotel Agirre yerli məmurların iş yerində gülümsəmələrini tələb edən fərman imzalayıb.

Sənədə əsasən, onun tabeliyində olan işçilərdən birinin üzündə kədərli ifadə aşkar edilərsə, bu, intizam pozuntusu sayılacaq.

Fərmana görə, gülümsəməmək iş normalarına zidd sayılacaq və müvafiq qanunlar, qaydalar və təlimatlara uyğun şəkildə cəzalandırılacaq.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.