Hərbçimiz su anbarında BOĞULDU

13-07-2022, 18:43           
Hərbçimiz su anbarında BOĞULDU
Mingəçevir su anbarında çimən şəxs boğulub.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir su anbarındakı çimərliklərdən birində baş verib.1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrail oğlu suda çimərkən boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupu meyiti sahilə çıxararaq aidiyyati üzrə təhvil verib.

Onun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu olduğu bildirilir.

Faktla bağlı araşdlrma başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.