Kürdə 12 yaşlı oğlan batıb - YENİLƏNİB

15-07-2022, 08:12           
Kürdə 12 yaşlı oğlan batıb - YENİLƏNİB
Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Salyan rayonunun Qaraçala kənd sakini, 12 yaşlı Abdullayev Əkbər Əhməd oğlu çayda boğulub.


00:34

Kür çayında bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru