İsrail ordusu HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirib
17-07-2022, 10:24
İsrail ordusu raket hücumlarına cavab olaraq Qəzza zolağında yerləşən HƏMAS-ın hədəflərinə hava zərbələri endirib.
Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Qəzza zolağından atılan raket hücumuna cavab olaraq İsrail ordusunun HƏMAS-ın ən əhəmiyyətli raket istehsal edən obyektlərindən birini vurduğu bildirilir.