Rusiyada 12 vaqon relsdən çıxdı, bir nəfər həyatını itirib - FOTO

17-07-2022, 10:54           
Rusiyada 12 vaqon relsdən çıxdı, bir nəfər həyatını itirib - FOTO
Tula vilayətində naməlum şəxs hərəkətdə olan qatardan metal oğurlamağa cəhd edərkən yük qatarının 12 vaqonu relsdən çıxıb.

Bu barədə Moskva Dəmir Yolunun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oğurluq metal parçalarından biri dəmir yolu relsinin üzərinə düşüb. Nəticədə metal parçası qatarın təkərləri altında qalıb və qəza baş verib.

İlkin məlumatda qeyd olunur ki, qəza nəticəsində bir nəfər həyatını itirib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşları işləyir.



RBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru