Ayı bir gündə üç kənd sakinini PARÇALADI

19-07-2022, 08:58           
Ayı bir gündə üç kənd sakinini PARÇALADI
Hindistanda ayı ağac toplayan şəxsi, eləcə də mərhumun axtarışına çıxan qohumlarını bir gündə öldürüb.

Publika.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Hadisə Odişa ştatının qərbindəki Nuapada rayonunda baş verib. Samarsingh kənd sakini Ratan Madji gündüzlər meşəyə getsə də, axşam evə qayıtmayıb. Üç qohum və bir həmkəndli itkin düşən şəxsin axtarışına çıxıb.

Meşədə gəzərkən qəfil bir ayı onlara hücum edib. İki hindistanlı ağaclara dırmaşaraq qaça bilib, lakin digər ikisi daha az şanslı idi - ayı onlarla yerindəcə "məşğul" olub. Ehtimal olunur ki, bu, Maci öldürən eyni yırtıcıdır.

Hindistan Meşə Departamenti həlak olanların ailələrinə hər birinə 400 min rupi veriləcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.