Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib. Hazırda cərrahi əməliyyat olan qadının vəziyyəti ağır olaraq qalır.
Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.