İŞİD Liviyada bir neçə rayonu ələ keçirib

6-05-2016, 01:37           

Terrorçular 7 nəfəri edam ediblər.

İŞİD terror qruplaşması Liviyanın şərqində bir neçə rayonu ələ keçirib.

Hürriyət.az Al-Wasat nəşrinə istinadən xəbər verir ki, terrorçular Əbu-Qreyn şəhəri və bir sıra xırda yaşayış məntəqələrini tutublar.

Nəşrin məlumatına görə, hücumdan əvvəl terrorçu-kamikadzelər partlayıcı maddələrlə yüklənmiş avtomobillərdə döyüş postlarını partladıblar. Zəbt edilən ərazilərdə yaraqlılar öz postlarını qurublar.

Hücumdan sonra şəhərdə üçü polis, dördü isə hərbi qulluqçu olmaqla, 7 nəfər edam edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru