Akif Çovdarovu və digər MTN generallarını hərbi cani kimi mühakimə edəcəklər

6-05-2016, 10:02           
Akif Çovdarovu və digər MTN generallarını hərbi cani kimi mühakimə edəcəklər
Akif Çovdarovun və ləğv olunmuş MTN-in digər generallarının işi üzrə istintaq başa çatıb, prokurorluq materialları məhkəməyə verməyə hazırlaşır.

İstintaqa yaxın mənbələrdən virtualaz.org-a məlum olub ki, mühakimə olunanların hamısı hərbçi olduğundan onların işinə Hərbi Məhkəmədə baxılacaq.

Bundan başqa, o da bildirilir ki, generalların məhkəməsi qapalı keçiriləcək.

Xatırladaq ki, “MTN işi” ilə bağlı həmin qurumun yüksək vəzifəli onlarla generalı və zabiti həbs olunub. Onların hamısı cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru