Tanınmış vəkil beynəlxalq mükafata namizəd oldu

12-05-2016, 00:11           
Tanınmış vəkil beynəlxalq mükafata namizəd oldu
Tanınmış azərbaycanlı vəkil Xalid Bağırov beynəlxalq Front Line Defenders mükafatına namizədlər sırasındadır.

Arqument.Az xəbər verir ki, Front Line Defenders təşkilatı bu il 2016-cı ilin qaliblərini elan edib, mükafatlandıracaq.

Təşkilatın yaydığı məlumatda bildirilir ki, müsabiqənin final mərhələsində namizədlər arasında azərbaycanlı vəkil Xalid Bağırov da var.

Məlumatda həmçinin deyilir ki, Xalid Bağırov repressiyaya məruz qalan şəxslərin və onların ailələrinin hüquqlarını müdafiə etdiyi üçün özü də dəfələrlə təzyiqlərə məruz qalıb.

Onun namizədliyi də məhz insan hüquqlarının müdafiəsində göstərdiyi xidmətlərə görə irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.