Şəmkir rayonunda 48 yaşlı qadın əri tərəfindən bıçaqlanıb

12-05-2016, 09:41           
Şəmkir rayonunda 48 yaşlı qadın əri tərəfindən bıçaqlanıb
Şəmkir rayonunun Sabirkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

«Kəpəz TV» xəbər verir ki, лənd sakini 48 yaşlı Yasəmən İbrahimova sağ süd vəzinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Əməliyyatdan sonra palataya yerləşdirilən xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsindən verilən məlumata görə Yasəmən İbrahimova ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hələlik həmin şəxs saxlanılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru