“Ərturqut öz bildiyini edən uşaqdır” - Almurad Əliyev

12-05-2016, 16:19           

Çoxdandır ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevdən heç bir xəbər yoxdur.

Dia.az xəbər verir ki, bu səbəbdən də Modern.az saytı Almurad Əliyevlə əlaqə saxlayıb.

“Şükür Allaha ki, yaxşıyıq. Özümüzə görə yaxşı dolanırıq. Başımızı aşağı salıb yaşayırıq. Mən də yaşlı adamam. Buna baxmayaraq, ölkədə gedən proseslərdən xəbər tutmağa çalışıram”,-deyə Almurad Əliyev deyib.

Həmçinin, o, aprelin əvvəllərində cəbhədə yaşananlara da münasibət bildirib.

“Aprelin əvvəllərində cəbhədə yaşananlar mənə də təsir etdi. Çoxlu şəhidlər verdik. Amma bir məsələ də var ki, evini, yurdunu, torpağını qoruyan şəhid də olar. Vətənin azadlığı uğrunda şəhidlərimiz də olacaq”.

Almurad Əliyev siyasətdəki dostlarından və qardaşı oğlu Ərturqut Əliyevdən də söz açıb.

“Çoxdandır ki, siyasətçilərlə işim yoxdur. Təbii ki, siyasətdə olan dostlarım var. Tez-tez zəng edib halımı soruşurlar. “Nə lazımdısa kömək etməyə hazırıq” deyirlər. Sağ olsunlar. Hamısından razıyam”

Ərturqut isə neçə müddətdir ki, işləyir. Telefonla danışırıq. Amma öz bildiyini edən uşaqdır. Çalışıram ki, üzərinə çox getməyim”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru