Bakıda dəhşətli olay: - məktəbli transformatorda yandı

13-05-2016, 17:12           
Bakıda dəhşətli olay: - məktəbli transformatorda yandı
Bakıda məktəblinin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayon Mingəçevir küçəsində yaşayan 2008-ci il təvəllüdlü Əliyev Tunar Yelmar oğlu evin yaxınlığında yerləşən transformator məntəqəsinə girib. Bu zaman 8 yaşlı oğlanı elektrik cərəyanı vuraraq kənara atıb. T.Əliyevin hər iki əli və başının bəzi hissələri yanıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bədbəxt hadisə ilə üzləşən 8 yaşlı oğlan orta məktəbin 2-ci sinif şagirdi olub. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru