Prezident İlham Əliyevdən şəhidlə bağlı sərəncam

15-05-2016, 01:33           
Prezident İlham Əliyevdən şəhidlə bağlı sərəncam
Bu gün Zərdab rayonu Böyük Dəkkə kəndində aprel ayında Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş gizir Abdullazadə Nurlan Rasim oğlu anılıb.

Avropa.info xəbər verir ki, bu münasibətlə Zərdab rayon icra başçısı Lütfəli Babayev, millət vəkili Jalə Əliyeva, rayonun idarə və təşkilatlarının işçiləri, bir neçə orta məktəbin müəllim və şagird kollektivi şəhidin qəbrini ziyarət ediblər.

Şəhidin məzarı önündə rayon başçısı L.Babayev, millət vəkili J.Əliyeva və Nurlanın xidmət etdiyi hərbi hissədən gəlmiş silah yoldaşları və komandiri çıxış edərək, onun yüksək insani keyfiyyətlərindən, vətənə sevgi, düşmənə nifrət hisslərindən və keçdiyi qısa və şərəfli ömründən bəhs ediblər. Uca Allahdan şəhidimizə rəhmət, ordumuza qüvvət diləyiblər.

Qeyd edək ki, Nurlan Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medala layiq görülüb.

Həmin medal şəhidimizin atasına təqdim olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru