“Təmiz Dünya” Sabirabad və Saatlıda seminar keçdi

16-05-2016, 10:01           

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Sabirabad və Saatlıda Məişət zorakılığı qurbanları ilə davranış modelinə dair seminar keçmişdir. Seminrada Sabirabad və Saatlıda şəhər polis idarəsinin əməkdaşları olan əməkdaşlar iştirak etmişdir. Tədbirdə 60 yaxın polis əməkdaşı iştirak etmişdir. Seminarda məişət zorakılığın tarixi, ailədə baş verən zorakılıqla bağlı sterotiplər, ideal ər, ideal qadın və ənənələr, zərərçəkmişlərlə davranış, xidmət paketləri haqqında məlumat verilmişdir.
Seminar təşkilatın könüllü həyata keçirdiyi tədbirdir. Daxili işlər Nazirliyi ilə birgə əmkdaşlıq çərçivəsində həyata keçirilən tədbir, Məişət zorakılığının qarşısının alınması haqqında Azərabycan Respublikasının Qanunun icrasına dəstək məqsədi daşıyır. Təlimlər Azərbaycanın bütün bölgələrindəpolis əməkdaşları arasında keçirilməsi nəzərdə tutulur.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.