Zərdab Poçt Şöbəsinin iki rəis müavini «dezertir» çıxdı-FOTOLAR

16-05-2016, 10:53           
Zərdab Poçt Şöbəsinin iki rəis müavini «dezertir» çıxdı-FOTOLAR
İstismar işləri üzrə mühəndis Əsgər Bağırov və maliyyə işləri üzrə mühəndsi Fərid Rəhimov hərbi xidmətdən yayınıblar

Zərdab rayon Poçt Şöbəsinin rəis müavinləri, istismar işləri üzrə mühəndis Əsgər Bağırov və maliyyə işləri üzrə mühəndsi Fərid Rəhimov hərbi xidmətdən yayınıblar. Bu barədə JAM.AZ-a Mirfazil Əhmədov adlı şəxs məlumat verib.
O bildirib ki, hər iki şəxs hərbi mükəlləfiyyətlərini yerinə yetirməmək üçün yararsız kimi sənəd alıblar. JAM.AZ-a yazan Əhmədov sual edir ki, hər iki şəxs hərbi xidmətə yararsız olduqları halda, belə mühüm dövlət işlərini necə icra edirlər? «Elə bunun nəticəsidir ki, bu ilin aprelində onlar Zərdab Poçt Şöbəsindən 5001 manat mənimsəyiblər. Yoxlama da məsələni aşkarlayıb, amma həmin şəxslər hələ də vəzifələrində qalıblar.Hətta onların hərəkətləri üzündən poçtun rəisi öz vəzifəsindən çıxarılıb».
Qeyd edək ki, bəzi dövlət əhəmiyyətli qurumlarda işləyən kişilərin hərbi xidmətdə olması vacib sayılır. «Azərpoçt» MMC xüsusi dövlət qurumudur və burada sirrlərin qorunması prosesi də həyata keçirilir. Hətta MMC-nin tərkibində yarımhərbi birləşmələr də var ki, onlar ötürülən və alınan məlumatların, habelə qurumun bina və məlumatlarının təhlükəsizliyini təmin edirlər. Bu cür vacib bir qurumda hərbi xidmətdə olmayan şəxslərə mühüm postların verilməsi qətiyyən başadüşülən deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.