Saatlı ƏSMM-də nə baş verir?-AÇIQLAMA

16-05-2016, 10:56           
Saatlı ƏSMM-də nə baş verir?-AÇIQLAMA
Əliyağa Qurbanov: «Elşən Alışanov şəhid və veteran ailələrə ünvanlı sosial yardım almaları üçün köməklik göstərir»

Ötən günlərdə Saatlı Əhalinin Sosila Müdafiəsi Mərkəzində baş verənlərlə bağlı geniş məlumat vermişdik. JAM.AZ-a daxil olan məlumatda vurğulanırdı ki, qurumun rəhbəri İlyas Mahmudov ünvanlı sosial yardım almaq istəyənləri Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Saatlı rayon şöbəsinin sədri Elməddin Alşanova yönəldir. Rayon sakinlərinin dediyinə görə, Alışanov da müraciət edənlərdən 50-100 manat alaraq, onların sənədlərini hazırlayıb, nazirlikdən keçirir.
Məsələ ilə bağlı JAM.AZ-a açıqlama verən Saatlı Veteranlar Təşkilatının sədri, Qarabağ veteranı Əliyağa Qurbanov bildirir ki, yazıda qeyd olunanların heç biri həqiqəti əks etdirmir. Onun sözlərinə görə, istər İlyas Mahmudov, istərsə də Elməddin Alışanov pul alıb, iş görən adamlar deyillər. «Bu müraciətimin Saatlı rayon ƏSSM -nin direktoru İlyas Mahmudovun və AVMVB-nin Saatlı rayon şöbəsinin sədri Elməddin Alşanovun müdafiəsi üçün yazılmış kimi qəbul etməyəsiniz. Səmimi bildirirəm ki, İlyas Mahmudovun familyasını saytdəki yazıdan öyrənmişəm, onunla bir neçə dəfə yığıncaqlarda görüşmüşəm, heç vaxt yanında olmamışam. Elməddin Alşanovu isə yaxından tanıyıram, səmimi ünsiyyətim var, bir ictimai təşkilatın rəhbəri odur, digərinki isə mənəm, əlaqəli tədbirlərimiz az olmayıb».
Əliyağa Qurbanov daha sonra vurğulayır ki, İ.Mahmudov bu vəzifəyə təzə təyin olunub. «Nə yatıb ki, nə də yuxu görsün. Axı mən biləni onun bu vəzifəyə təyin olunmasından üzü bəri elə də ünvanlı sosial yardım təyinatı olmayıb. Axı o da kimlərdənsə pul tələb eləsin! Elməddin Alşanov iş otağında özü yox şöbənin sədr müavini II qrup Qarabağ Müharibəsi Əlili Vüqar Ağakişiyevin əli ilə şəhid ailələrinin sənədlərinin hazırlanmasında və Nazirliyə ötürməsində böyük fəalllıq göstərir. Bu işdə xeyirxahlıqdan və Böyük savabdan başqa bir şey yoxdur».












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.