Avtobus sürücülərinə XƏBƏRDARLIQ

16-05-2016, 11:30           
Avtobus sürücülərinə XƏBƏRDARLIQ
Sərnişin həyatı üçün təhlükə yaradan sürücülərə qarşı cəzaların sərtləşdirilməsi gündəmdədir

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi ilə sərnişindaşıma sahəsində xidmətin keyfiyyətini qaldırmaq məqsədilə qanunvericilikdən irəli gələn tələblərin daşıyıcılar tərəfindən əməl olunmasına tam nəzarət həyata keçirir.

teref.az xəbər verir ki, bu haqda Modern.az saytına BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

O, qoyulan tələblərə əməl edilmədiyi təqdirdə ən sərt tədbirlər görüləcəyinə dair qurumun xəbərdarlığını diqqətə çatdırıb:

"Ancaq bu heç də sürücüləri sıravi vəzifə daşıyıcıları kimi məsuliyyətdən azad etmir. Tam əksinə, sükanı idarə edən birbaşa aidiyyatı şəxslər qismində bu cəza tədbirləri onlardan da yan keçməyəcək. BNA sərnişin həyatını təhlükə qarşısında qoyan hər bir sürücü ilə bağlı müvafiq tədbirin görülməsinə dair məsələni aidiyyatı qurumlar qarşısında qaldıracaq.

Əziz sürücülər, sizdən təkcə idarə etdiyiniz nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərin deyil, həm də onların ailə üzvlərinin taleyi asılıdır. Məsuliyyətinizi dərk etməyiniz tövsiyə və tələb olunur!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.