TQDK Apellyasiya Komissiyası yaradıb

16-05-2016, 12:22           

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mayın 15-də II və III ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Bu barədə "Report"a TQDK-dan məlumat verilib.
Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10:00dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə müraciət edə bilərlər.
Xatırladaq ki, TQDK-nın saytında və sosial şəbəkədəki səhifəsində sual kitabçaları və imtahanda istifadə olunan test tapşırıqlarının izahı yerləşdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru