Artur Rəsizadə Gürcüstana gedib

16-05-2016, 12:29           

Azərbaycanın baş naziri Artur Rəsizadə Gürcüstana səfərə gedib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, Artur Rəsizadəni Tiflis hava limanında Gürcüstanın energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıb.

Daha sonra Azərbaycanın baş naziri ilə Gürcüstan prezidenti Giorgi Marqvelaşviliarasında görüş başlayıb.

Artur Rəsizadə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə də görüşəcək.

Bu gün Azərbaycanın baş nazirinin Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirakı və çıxışı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru