“Qanunvericiliyə “bloq”, “bloqger” kimi anlayışları daxil etməliyik” - Əflatun Amaşov

16-05-2016, 17:05           
“Qanunvericiliyə “bloq”, “bloqger” kimi anlayışları daxil etməliyik” - Əflatun Amaşov
“Azərbaycan media qanunvericiliyi hələ də klassik qanunvericilik səviyyəsində qalıb. Media ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə. Amaşov deyib ki, media qanunvericiliyinə “bloq”, “bloqger” kimi anlayışları daxil etmək, izahlarını dəqiq vermək lazımdır: “Bu anlayışlar Azərbaycan media qanunvericiliyində yoxdur. Yeri gəlmişkən, biz onlayn media ilə bağlı təkliflərlə çıxış edən zaman cəmiyyətdə müəyyən qüvvələr və ayrı-ayrı beynəlxalq təşkilatlar iddia edir ki, guya Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik”.

Ə. Amaşov jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğu üçün media qanunvericiliyi məsələlərinin məhz İnsan Hüquqları komitəsində müzakirə olunmasının məqsədəuyğun olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru