Laçınlılar deputatlarını axtarırlar

17-05-2016, 09:13           
Laçınlılar deputatlarını axtarırlar
Mahir Abbaszadənin səsi isə ferma inşa etdirməsi prosesindən gəlir

Laçından deputat seçilmiş Mahir Abbaszadə yenə yoxa çıxıb. millət vəkili seçki dönəmində laçınlılara çoxlu vədlər versə də, onlardan biri də mütəmadi olaraq seçiciləriylə görüşəcəyi idi. Düzdür, mandat sahibi olduqdan sonra sözügedən şəxs bir müddət camaatla görüşə gəlib, onları dinləmişdi. Amma iki aydın Mahir Abbaszadəni gördüm deyən yoxdur.

Məlumatlarda vurğulanır ki, Mahir Abbaszadə yerini bərkitdikdən sonra Laçını və laçınlıları unutmağa başlayıb. Camaat isə dərdlərini deməyə adam tapa bilmirlər. Bir tərəfdən icra başçıları çıxarılıb və yerinə təyinat olmayıb. İcra başçısının səlahiyyətlərini icra edən Aqil Nəzərlini isə Ağcabədidə tapa bilirlər ki, orada da görüşmək ayrı bir müsibətdir.

Deputatları bu şəkildə «itkin düşən» laçınlılar nə edəcəklərini bilmirlər. Rayon sakinləri Mahir Abbaszadəni Bakıda da axtarıblar. Amma bir nəticəsi olmayıb. Ona görə ki, onun parlamentin iclaslarına qatıldıqdan sonra arxa qapıdan çıxıb getdiyi deyilir. Qəbul keçirməli olduğu halda prosesi tamamilə dayandırıb.

Deyilənlərə görə, Abbaszadə mandat sahibi olduqdan sonra Milli Məclisin iclaslarında iştirak etməklə yanaşı, həm də şəxsi biznesini qurmağa başlayıb. Onun Bakıda bir neçə obyekt aldığı, dükan açdığı deyilir. Həmçinin deputatın Laçın Obaları deyilən ərazilərə yaxın yerdə özünə ferma inşa etdirdiyi bildirilir. Millət vəkili bir neçə qohumu ilə birləşərək, qoyun sürüsü saxlamaq qərarına gəlib.

//politika.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.